Nazirlik bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

post-img

Fövqəladə Hallar Nazirliyi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, vətəndaşların həyat və təhlükəsizliyinin təmin edilməsi, həyat təminatlı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə nazirliyin struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

P.ƏMİRCANOV

Sosial həyat