Moda axtarışlarına yeni baxış

post-img

Geyim dəbləri yerində dayanmayıb zamanla dəyişir, inkişaf edir. Hər il, hər fəsil könül oxşayan, göz qamaşdıran yeni dizaynlar, parlaq məhsullar, brendlər meydana çıxır. Bütün bunlarla tam ayaqlaşmaq mümkün olmasa da, xəbərdar olmaq, dəyər verə bilmək lazımdır.

Bu baxımdan Bakıdakı “The Ritz-Car­lton” otelində Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Yaradıcılıq Həftəsi çərçivəsində keçirilən Azərbaycan Moda Həftəsi bayrama çevrildi. 15-ci yubiley mövsümünə həsr olunan tədbirdə Qaza-xıstan nümayəndələri, beynəlxalq model­yerlər qrupu və Azərbaycan dizaynerləri iştirak edirdilər. 

Həftənin özəlliyi onda idi ki, təkcə klassik formatlara deyil, həm də inno­vativ təkliflərə müraciət edən iştirakçılar öz müəllif yanaşmalarını və moda trend­lərinə baxışlarını da ortaya qoya bildilər. Gənc modellərin ənənəvi moda nümayişi gələcək perspektivlər və yeni hədəflər baxımından böyük marağa səbəb oldu. 

Modelyer Mənzər Zəkizadə “XQ”yə açıqlamasında 2015-ci ildən təşkil olu­nan moda həftəsində hər il iştirak et­diyini bildirdi:

– Bu layihədə konstruktor kimi hər dəfə fərqli dizaynerlərlə iştirak edirəm. Beş ildən artıqdır ki, tədbirə məktəbim və tələbələrimlə qatılıram. Hər mövsümdə tələbələrin öz ideyalarına uyğun dizayn edib ülgüsünü sərbəst şəkildə xırdalıq­larına qədər hazırlayırlar. Moda məktəbi kimi fəaliyyətimizdə məqsəd gəncləri­mizin bu sahəyə olan marağını düzgün istiqamətləndirmək, onların bilik və ba­carıqlarını daha da zənginləşdirməkdir. Eyni zamanda, istedadlı gənclərin öz işlərinin peşəkarı kimi yetişmələri üçün tədbirlər görürük. Tələbələrimiz kursu bitirdikdən sonra onların öz maraqlarına uyğun işlə təmin olunmasına da kömək göstəririk. Fəxr edirik ki, Azərbycanda bu sahədə öz sözünü deyən tanınmış atelye və moda evlərini yönəldənlərin 80 faizi bizim tələbələrimizdir. 

Tədbirin layihə rəhbərlərindən biri Nicat Baxşəliyev isə moda həftəsinin əsas məramının milli brendlərimizi xa­ricdə tanıtmaq olduğunu söylədi: 

– Milli moda həftəsi layihəsi 2015-ci ildən ildə iki dəfə kecirilir. Bu, məhz dəb sahəsində çalışan dizaynerləri, alıcıları, yerli və xarici media nümayəndələrini, həmçinin marağı olan hər kəsi əməkdaş­lıq üçün bir araya gətirən platformadır. Həftə çərçivəsində Azərbaycanla yanaşı, xarici ölkələrdən gələn dizaynerlərin kol­leksiyaları da nümayiş etdirildi. Tədbirə Qazaxıstan, Rusiya, Özbəkistan, Qırğı­zıstan və Gürcüstan dizaynerləri qatılıb­lar. 

Nicat Baxşəliyev həftənin mühüm moda hadisələrindən biri olaraq ölkədə pərakəndə fəaliyyət göstərən və özlərini tanıtmağa çalışan modelyer-dizaynerləri bir araya gətirəcəyinə və bu sahənin in­kişafına töhfə verəcəyinə əmin olduğunu vurğuladı. 

L.QURBANOVA
XQ

Sosial həyat