“AZƏRBAYCAN MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI” ASC-nin TENDER ELAN EDİR

post-img

“AZƏRBAYCAN MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI” ASC-nin 

Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti 

“ÇTZ” kanalının yenidən qurulmasının (I mərhələ) təkliflər sorğusu üsulu ilə satın alınması üçün

TENDER ELAN EDİR

Satınalan təşkilatın adı- Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Ob­yektlərinin Birləşmiş Müdiriyyəti

VÖEN- 1300300711

Kod - 805562

H/h - AZ 10 IBAZ 38070019449716100216, 

Bank-“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı

M/h- AZ03NABZ01350100000000002944,

VÖEN -9900001881, 

SWIFT : IBAZAZ2Х (AZIPS-in üzvü)

Əlaqələndirici şəxs- Qulam Aslanov.

Satınalan təşkilatın ünvanı- Bakı şəhəri, Yasamal rayonu, Moskva pros­pekti 69a.

Əlaqələndirici şəxsin ünvanı-E-mail: [email protected]

Əlaqə nömrəsi- (012) 431 08 64.

Satınalma predmetinin adı : “ÇTZ” kanalının yenidən qurulmasının(I mərhələ) tikintisi. 

Ünvan- Zərdab rayonu. 

İşlərin qısa təsviri: Zərdab rayonunda 10600 hektar əkin sahəsinin suva­rılması üçün su mənbəyi Kür çayı olmaqla sugötürmə qabiliyyəti 6,0 m3/san olan suqəbuledici qurğunun, 4 aqreqatlı stasionar nasos stansiyasının tikin­tisi, tələb olunan suyun diametri 1020 x 10mm, hər birinin uzunluğu 208 pm olan 4 xətli metal boru kəməri, sərfi 6,00 m3/san, uzunluğu 19935 km olan yenidən qurulan “ÇTZ” kanalı, borulu keçidli suburaxan, kanal altından boru, səviyyəqaldıran, kanalın torpaq yolla kəsişməsində körpü, piyada keçidi, su ötürücü başlıq və ultrasonik suölçən qurğunun tikintisi nəzərdə tutulmuşdur.

İşlərin yerinə yetirilmə müddəti 12 aydır.

Tender təkliflərinin qiymətləndirilməsi meyarları 100 baldır.

İddiaçı ilə bağlanacaq satınalma müqaviləsinin yerinə yetirilməsi üçün avans ödənişi, tenderin əsas şərtlər toplusunun 35.1-ci maddəsinin tələbinə uyğun qiymətləndiriləcəkdir.

Satınalma müqaviləsinin icrasını təmin etmək üçün tender iştirakçıları lazımi kadr və maliyyə imkanları ilə yanaşı, aşağıdakı meyarlar üzrə ixtisas göstəricilərinə, təcrübəyə, səriştəyə və etibarlılığa malik olmalıdırlar:

• İddiaçının son 10 (on) ildə meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi üzrə apardığı işlər tərkibində müxtəlif suburaxma qabiliyyətinə malik mağistral kanalın və onların üzərində tikilən müxtəlif növ hidrotexniki qurğu­ların bərpa və tikintisi üçün orta illik dövriyyəsi 2 (iki) milyon manatdan az olmamalıdır.

• İddiaçı son 10 (on) il ərzində meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi üzrə apardığı işlər tərkibində əsas podratçı kimi suburaxma qabiliyyə­ti 2 m3/saniyədən az olmayan magistral kanalın və onlar üzərindəki müxtəlif növ hidrotexniki qurğuların bərpa və tikintisi təcrübəsinə malik olmalı və hə­min işlərə aid ən azı bir obyekt üzrə işbitirməni təsdiq edən sənədləri təqdim etməlidir.

• Satınalma müqaviləsinin icrasına yönəltmək məqsədi ilə iddiaçının ma­lik olduğu sərbəst maliyyə resurslarının və ya bankın zamin olduğu kreditin minimum məbləği 2,0 (iki milyon manat) manatdan az olmamalıdır.

İştirak haqqı 8000 (səkkiz min manat) manatdır. 

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tender təklifi təkliflərin açıldığı gündən sonra ən azı 45 bank günü qüvvədə olmalıdır. 

Tender təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

2. Tender təklifi qiymətinin 1 faizi məbləğində tender təklifinin təminatı 

(bank zəmanəti, tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır (bank tərəfindən təqdim edilməlidir).

3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliy­yətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə ye­tirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış.

(vergi xidməti tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı, sənədin əslinin və ya notarial təsdiqlənmiş surətinin təqdim olunması zəruridir).

Sənədin təqdim olunma tarixi elan verilmiş aydan etibarən dekabr 2023-cü il tarixdə olmalıdır.

4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

(son maliyyə dövrünə olan məlumatı əks etdirməsi və sənədin əslinin və ya notarial təsdiqlənmiş surətinin təqdim olunması zəruridir).

5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.

(bank tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı, sənədin əslinin və ya notarial təsdiqlənmiş surətinin təqdim edilməsi zəruri­dir).

6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keç­diyi ölkə. 

(kommersiya və hüquqi şəxslərin dövlət qeydiyyatı reyestrindən çıxarış iddiaçı tərəfindən təqdim edilməli, nizamnamənin, dövlət reyestrindən çıxarı­şın və şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətinin təqdim edil­məsi zəruridir).

7. Rekvizitlər. (iddiaçının və ya bankın imzası və möhürü ilə təsdiq edil­məsi zəruridir).

8. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində öz­lərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qada­ğan edilməməsi barədə sənəd.

(DİN və ya Asan xidmət tərəfindən təqdim edilməli sənədin əslinin və ya notarial təsdiqlənmiş surətinin təqdim edilməsi zəruridir). Sənədin təqdim olunma tarixi elan verilmiş aydan etibarən dekabr 2023-cü il tarixdə olmalıdır.

9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz isti­fadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd.

(vergi xidməti tərəfindən təqdim edilməli, cari rübü əhatə etməli, sənə­din əslinin və ya notarial təsdiqlənmiş surətinin təqdim edilməsi zəruridir). Sənədin təqdim olunma tarixi elan verilmiş aydan etibarən dekabr 2023-cü il tarixdə olmalıdır.

10. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığının olması barədə sənəd.

(Müsabiqəyə sənədlər əsas şərtlər toplusunun BÖLMƏ №3 13.3.8-ci bəndinə və BÖLMƏ №7, qoşma №7-yə əsasən iddiaçı tərəfindən təqdim edilməlidir).

İddiaçının ixtisas göstəriciləri əsas şərtlər toplusunun 3-cü, əsas şərtlər toplusunun məlumat xəritəsi bölməsinin 13.3.8-ci bəndindəki tələblərə uyğun gəlməlidir. İxtisas göstəriciləri haqqında məlumat əsas şərtlər toplusunun 8-ci “Standart formalar” bölməsinin 7-ci, podratçının ixtisas göstəriciləri haqqında məlumat” qoşmasında göstərilmiş forma və qaydada təqdim olunmalıdır.

11. İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinin meyarlarına uyğun olması barədə sənəd.

(Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təq­dim edilməli, sənədin əslininin və ya notarial təsdiqlənmiş surətinin təqdim olunması zəruridir); Sənədin qüvvədə olma müddəti “Tələb olunan sənədlə­rin son təqdim olunma tarixini əhatə etməlidir”.

12. İddiaçının müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması. (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilməli, sənədin əslinin və ya notarial təsdiqlənmiş surəti­nin təqdim edilməsi zəruridir).

13. Satınalma müqaviləsini bağlamaq səlahəyyətinin olması.

(imza səlahiyyəti olan şəxsin (əgər təsisçi direktor deyilsə) əmri, sənədin əslininin və ya notarial təsdiqlənmiş surətinin təqdim edilməsi zəruridir).

İddiaçılar təkliflər sorğusu ilə bağlı sualları satınalan təşkilata ünvanlaya bilərlər. Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azər­baycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar öz təkliflə­rini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun hazırlamalı, təkliflər sorğusunda iştirak üçün sənədləri qapalı, möhürlənib imzalanmış ayrı-ayrı ikiqat zərflərdə 21 dekabr 2023-cü il saat 16.00-dək Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti-69a nömrəli ünvana təqdim etməlidirlər. 

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarı­lacaqdır. 

İddiaçıların təklifləri 22 dekabr 2023-cü il saat 10.00-da açılcaqdır.

Tender komissiyası

Reklam və elan