Yayda da su, qışda da?

post-img

Orqanizmdə su balansını hər fəsildə saxlamaq lazımdır. Terapevt Nadejda Podkorıtovanın sözlərinə görə, sutkalıq hər kiloqrama 30 millilitr su formulu düzgündür, amma bu, insanın yaşı və həyat tərzindən asılı olaraq, dəyişə bilir.

Payız və qışda susuzluq siqnalı beyin tərəfindən gec göndərilir, amma susuzlaşma və qanın qatılaşması riski yaydakı qədər olur. Xüsusən, kondisioner, quru, isti hava dərini və tənəffüs yollarını qurudur, daha çox su itirilməsinə səbəb olur.

Qışda az su içmək tez-tez infeksiya və soyuqdəyməyə səbəb olur, xüsusən yaşlı, xəstə insanlarda qan qatılaşır. Şəkər xəstələri əziyyət çəkir. 

Qışda sutkada 1,5 litr su içmək qrip və soyuqdəymənin profilaktikasıdır. Dərinin, gözlərin qurumasının qarşısını alır, qanı durulaşdırır. Orqanizmdə su defisitinin əlamətləri yorğunluq, yuxululuq, ağız və dərinin quruması, həm də çox yeməkdir. 

 

Z.HÜSEYNLİ 
XQ

 

Sosial həyat