WhatsApp-da yenilik

post-img

“WhatsApp” gizli söhbətləri parolla bloklamaq funksiyasını işə salıb. Hələ ki, yenilik messencerin testerləri üçün əlçatandır. 

Paroldan istifadə edərək söhbətləri bu yolla bloklamaq funksiyası “Android” üçün beta versiyasında aşkar edilib. Bu versiyanın parametrlərində söhbətlər üçün qoruyucu parol olan bölmə yaradılıb. 

Üstəlik, həmin parol smartfonun kilidini açmaq üçün istifadə edilən paroldan fərqli ola bilər. Bundan əlavə, gizli söhbətlərə daxil olmaq üçün üz və ya barmaq izi skanından istifadə mümkündür. 

Yeni funksiyanın köməyi ilə istifadəçilər öz məlumatlarının qorunma səviyyəsini artıra biləcəklər. Xüsusilə, fırıldaqçılar smartfonun parolunu bilsələr belə, onlar gizli yazışmalara daxil ola bilməyəcəklər. 

Yenilik hazırda yalnız “WhatsApp”ın “Android” beta-versiyası üçün əlçatandır və onu “Google Play” vasitəsilə yükləmək mümkündür. Funksiyanın tam bitmə vaxtı açıqlanmır.

 

Ayan NƏCƏF, 
tələbə-jurnalist

 

Son xəbərlər