Erməni yalanlarını ifşa edən kitabların təqdimatı

post-img

IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “İrəvan şəhərinin tarixindən: XIX-XX əsrin əvvəllərində” və “История Азербайджана в армянской исторической публицистике и историографии: фальсификация и правда” kitablarının təqdimatı keçirilib. Monoqrafiya Azərbaycanımızın İrəvan şəhərinin – Rəvanqulu xan tərəfindən bünövrəsi qoyulmuş İrəvan qalasının tarixinə həsr edilib.

 

Tədbirin moderatoru Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov kitabda görkəmli Azərbaycan tarixçilərinin 14 rəyinin çap olunduğunu diqqətə çatdırıb.

O, əsərin Tarix İnstitutunun “Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi” şöbəsinin kollektivinin çoxillik zəhməti hesabına ərsəyə gətirildiyini bildirib.

Təqdimatda İrəvanın tarixini “erməniləşdirməyə”, onu “Erebuni” adlı mifik məskənlə bağlamağa çalışan saxtakarlar haqqında, qala-şəhərin əsasının qoyulması ilə bağlı bəzi tarixi məsələlər barədə danışılıb.

Tədbirdə qeyd olunub ki, monoqrafiyada İrəvan şəhərinin elmi-mədəni həyatının müxtəlif sahələri də nəzərdən keçirilir. 

 

Fidan YAQUBLU 
XQ

 

Son xəbərlər