Afaq Abbasova İtaliyada Puççiniyə həsr olunan konsertdə

post-img

Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Afaq Abbasova İtaliyanın Lukka şəhərində konsertdə çıxış edib. 

Dünya şöhrətli bəstəkar Cakomo Puççininin vəfatının 100 illiyinə həsr olunmuş ənənəvi konsertdə Afaq Abbasova italiyalı və macar opera ifaçıları ilə eyni səhnəni bölüşüb. Əməkdar artist konsert proqramında bəstəkarın əsərlərini səsləndirib.

Konsertlə bağlı təəssüratlarını bölüşən Afaq Abbasova çıxışından və məşhur ifaçılarla eyni səhnədə olmaqdan məmnunluğunu ifadə edib. Afaq Abbasova ona dəstək olan hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, Afaq Abbasova davamlı olaraq İtaliyada müxtəlif konsertlərdə və tamaşalarda çıxış edir.

 

N.AYTƏN  
XQ

 

Son xəbərlər