Otaq sərin – yuxu şirin

post-img

Sürixdəki İsveçrə Ali Texniki Mək­təbinin (ETH Zurich) alimləri yuxunu sağlamlaşdıran və ümumi əhvalı yaxşı­laşdıran optimal hava şəraitini müəyyən ediblər. Alimlərin apardığı təcrübə yataq otağında havanın tərkibi ilə yuxunun keyfiyyəti arasında birbaşa əlaqəni üzə çıxarıb. 

Alimlər yaşı 27-dən 64-ə qədər olan 35 nəfərin iştirakı ilə kompleks testlər həyata keçiriblər. Onlar seçim za­manı hər hansı yuxu pozuntusunun olmaması və mütəma­di yuxu dərmanı qəbul edib-etməməsi kimi amilləri yoxlayıblar. Dörd həftə davam edən təcrübənin gedişində tədqiqatçılar yataq otağındakı şəraitin müxtəlif aspektlərini və iştirakçıların yuxu rejimini izləyiblər. Onlar otaqda karbon qazının (CO2) həcmi, nisbi rütubət, bərk zərrəciklərin (PM) səviyyəsi kimi parametrlər barədə məlumatları toplayıblar. Bu məlumatlar havanın keyfiyyəti və hər bir yataq otağındakı şərait barədə təsəvvür ya­radıb. 

Mütəxəssislər bu qənaətə gəliblər ki, sağ­lam və yaxşı yuxu üçün yataq otağındakı kar­bon qazının optimal həcmi 1 kubmetr havaya maksimum 1000 vahid təşkil etməldir.

Sevda
XQ

Sosial həyat