Məşğulluğa dəstək artır

post-img

Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa dəstək layihəsi” çərçivəsində iştirakçıların seçdikləri istehsal və xidmət sahələri üzrə avadanlıqlarla təminatı intensiv şəkildə davam edir. 

Layihə çərçivəsində ölkəmizin müxtəlif bölgələrində daha 250-dək iş­siz şəxsə biznes planlarına uyğun və­sait təqdim olunub.

Dəstəyin məqsədi işsiz kimi qey­diyyatda olan şəhid ailəsi üzvləri, əlil­liyi olan şəxslər, keçmiş məcburi köç­künlər, ünvanlı dövlət sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslərin özü­nüməşğulluq üzrə kiçik biznesə və la­yiqli məşğulluğuna çıxışına şərait yara­dılmasıdır. 

Ümumilikdə, 2025-ci ilə qədər da­vam edəcək layihə çərçivəsində 22 min işsiz şəxsin kiçik biznesə çıxışına imkan yaradılması nəzərdə tutulub.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat