Peşə festivalı Şəmkirdə

post-img

Dövlət Məşğulluq Agentliyinin ölkəmizdə ikinci dəfə keçirdiyi festivalın ünvanı Şəmkir rayonu olub. “Peşəni peşəkardan soruş!” devizi ilə təşkil edilən festivalda son dövrdə həyata keçirilən sosial islahatlar barədə məlumat verilib, xüsusilə gənclərin əmək bazarına hazırlanması üçün ciddi işlərin görüldüyü, peşələr festivallarının da bu istiqamətdə önəmli addımlardan biri olduğu bildirilib.

Agentliyin əməkdaşları təqdim edilən peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət edib, gənclərə öz tövsiyələrini veriblər. Festival çərçivə­sində robototexnika, proqram tərtibat­çısı, data analitika, aşpaz, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, dizayner, qrafik-dizayner, ge­yim üzrə dizayner, fotoqraf-videoqraf peşələri üzrə peşəkar ekspertlər tərə­findən təqdimat və vörkşoplar keçirilir.

Qeyd edək ki, bu dəfə də ölkənin 10 rayon və şəhərində keçirilən festivalda iştirakçılar peşələr üzrə hansı bacarıq­ların tələb olunduğunu öyrənir, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatla­rında iştirak edir və peşələrlə əyani şəkildə tanış olmaq imkanı qazanırlar.

Növbəti festival Salyan rayonunda keçiriləcək.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat