“Qələbə soraqlı bayrağım”

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi Vətən müharibəsinin üçüncü ildönümünə həsr olunan “Qələbə soraqlı bayrağım” adlı aksiya keçirib.

Tədbir çərçivəsində Vətən mühari­bəsi şəhidlərinin övladlarının agentliyin Əlilliyi olan Şəxslərin Peşə-Əmək Rea­bilitasiyası Mərkəzinə ekskursiyası təş­kil edilib. Qonaqlara mərkəzdə göstə­rilən xidmətlər barədə ətraflı məlumat verilib. Sonra mərkəzin yetirmələri olan əlillərin hazırladıqları 44 Azərbaycan bayrağı Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın əmanətlə­rinə təqdim edilib. 

Layihənin məqsədi möhtəşəm zəfərimizlə başa çatan Vətən mühari­bəsi şəhidlərinin ailələrinə, onların bizə yadigar qalan övladlarına kimsəsiz ol­madıqlarını hiss etdirməkdir. Bundan əlavə, əlilliyi müəyyən edilmiş şəxslə­rin cəmiyyətə inteqrasiyasına dəstək olmaq və şəhid övladlarının asudə vax­tının səmərəli təşkili də diqqət mərkə­zindədir.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat