“Zəfər sənindir, Azərbaycan”

post-img

Gəncliyə Yardım Fondunun (GYF) nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr edilmiş “Zəfər sənindir, Azərbaycan” adlı tədbir keçirilib.  

Bu barədə XQ-yə GYF-dan məlumat daxil olub. 

Məlumatda bildirilir ki, Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələblərin iştirakı ilə keçirilən tədbirdə tarixçi-yazar, “2914: Biz sülh istəyirdik” kitabının müəllifi Vasif Qurbanzadə Azərbaycanın uzaq və yaxın tarixində Qarabağ, Qarabağın siyasi əhəmiyyəti, ermənilərin Qarabağ iddiasının səbəbləri və zəfərlə bitən “Vətən müharibəsi” zamanı baş verən siyasi-ictimai hadisələr barədə fikirlərini gənclərlə bölüşüb.

 

Tədbirin sonunda gənclərin sualları cavablandırılıb.

 

Rizvan FİKRƏTOĞLU

XQ



Sosial həyat