Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissədə Ulu öndərin 100 illik yubileyi münasibətilə Hərbi Prokurorluğun və DİN-in Daxili Qoşunlarının birgə tədbiri keçirilib.
Hərbi prokurorun mətbuat xidmətinin rəhbəri Firad Əliyev, Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Səfər Əhmədov, Zaqatala hərbi prokuroru Emin Quliyev Ümummilli liderin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.
Q.QASIMOV,
“Xalq qəzeti”