“Heydər Əliyev İli” ilə əlaqədar Minatəmizləmə Agentliyinin minatəmizləmə fəaliyyətinə cəlb olunan sahə əməkdaşları arasında keçirilən mini-futbol turniri başa çatıb.
Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov Ulu öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş turnirin əhəmiyyətindən söz açıb.
AFFA-nın baş katibi Sərxan Hacıyev Ümummilli lider Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətlərini, Prezident İlham Əliyev tərəfindən bu sahənin inkişaf etdirilməsi və kütləviliyinin artırılmasında xüsusi diqqətini vurğulayıb.
İşğaldan azad edilmiş ərazilərdə keçirilən ilk mini-futbol turnirində Cəbrayıl komandası birinci yerə yüksəlib. Laçın komandası yarışı ikinci, Xocavənd isə üçüncü yerdə başa vurublar.
“Xalq qəzeti”