Şuşada kitab təqdimatı

post-img

Pedaqogika elmləri doktoru,  professor Zəhra Muradovanın   ulu öndərin 100 illiyinə və Şuşaya  həsr olunmuş  “Heydər Əliyev və Qarabağ”, “Şuşa hər daşı, hər qayası tarix”, “Şuşadan Qoruya gedən yol”, “Sağlamlıq və  sənətkarlıq ocağı  Şuşa” kitablarının Şuşada təqimatı keçirilib.

Təqdimat mərasimində Azərbaycan elminin dəyərli alimləri,  “Şuşa” qəzetinin baş redaktoru Vasif Quliyev, tədqiatçı jurnalist Səadət Qarabağlı, PTV (Pley TV), Youtube kanalının təsisçisi Pərvanə İskəndərova Zəhra Muradovanın əsərləri haqqında danışdılar.  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik  Akademiyasının professoru Havva Məmmədova, Şərq musiqisinin gözəl bilicisi, XIX əsr  Azərbaycan şairi Mirzə Ələsgər  Növrəsin  kötükcəsi Tərlan Növrəsli, kulturoloq Şahin Rəcəbli, Almaniya Türk muzeyinin Azərbaycan nümayəndəsi Anar ­Rzayev və digərləri də yeni əsərləri dəyərləndirdilər. 

Sonda  təqdim olunan kitabların  müəllifi,  professor Zəhra xanım Muradova tədbir iştirakçılarına minnətdarlıq edərək Qarabağ mövzusunda daha çox əsərlərin  yazılıb dünyaya yayılmasının vacibliyini vurğuladı.  

Tədbir Şuşaya həsr olunmuş mahnılar və romanslarla başa çatdı.

“Xalq qəzeti”

 

Sosial həyat