Yay mövsümündə günəşdən yayılan intensiv ultrabənövşəyi (UV) şüaların zərərli təsirlərindən qorunmaq çox vacibdir. Bu şüalar yanıqlara, dəri xərçənginə və genetik mutasiyaya səbəb ola bilər. Buna görə də qorunma zamanı diqqətli olmaq lazımdır.
Sağlam qaralma
Münhendə bir xəstəxana qrupunun dermatoloqu olan Daniela Hartmann qaralmağın insan sağlamlığı üçün heç də yaxşı əlamət olmadığını deyib. O bunu qaralma zamanı dərinin günəş şüalarından zərər görməsi ilə izah edib.
Günəş kremindən istifadə
Bədənin bütün nahiyələri üçün kiçik bir günəş kremi kifayət etməyə bilər. İnsanların çoxu günəşdən qorunmaq üçün lazım olduğundan da az günəş kremindən istifadə edirlər.
Dermotoloqlar günəş vannası qəbul edənlərə qorunmaq üçün dərinin hər kvadrat santimetrinə, ən azı, 2 milliqram tərkibində SPF olan günəş kremlərindən istifadə etməyi məsləhət görürlər.
Bəs gözlərimiz?
Bədənimizi günəşin zərərli təsirlərindən qoruyarkən bəzən gözlərimizi unuduruq. Amma bilmirik ki, gözlərimiz fotokeratit və ya tibbi dildə ultrabənövşəyi keratit kimi tanınan günəş zədələnməsinə məruz qala bilər. Bu ağrılı vəziyyət ultrabənövşəyi şüalara uzun müddət, qorunmadan məruz qaldıqdan sonra baş verə bilər. Bu cür tipik simptomlara güclü ağrı, fotofobi - parlaq işıqda göz narahatlığı, bulanıq görmə və işığa artan həssaslıq daxildir.
Günəş eynəkləri müəyyən miqdarda qorunma təmin edir. Bunun üçün kiçik, yuvarlaq “UV-400” və ya “UV-dən 100% qorunma” kimi dəbli linza modellərindən istifadə etmək tövsiyə olunur. Bu qoruyucu linzalar istifadəçini UV şüalarının yan təsirlərindən müdafiə edir, görmə qabiliyyətini daha da yaxşılaşdırır.
F. HÜQUQQIZI, “Xalq qəzeti”