ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Ağ Evdə Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanla görüşüb.
Bu barədə Ermənistan təhlükəsizlik şurasının mətbuat xidməti məlumat yayıb.
“Tərəflər regional və daha geniş kontekstdə qeyri-regional təhlükəsizliyin vəziyyəti və çağırışlarını müzakirə ediblər. Qriqoryan həmsöhbətinə bir sıra mühüm istiqamətlərdə erməni tərəfinin yanaşmalarını təqdim edib.
Bundan əlavə, həmsöhbətlər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edərək, xüsusilə enerji, iqtisadiyyat və demokratiya sahələrində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar”, - məlumatda deyilir.
"Xalq qəzeti"