Bölgələrdə rəqəmsal savadlılıq təlimləri

post-img

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi bölgələrdə əhalinin sosial sahə üzrə elektron xidmətlərə dair savadlılığının artırılması üçün növbəti təlimləri Balakən və Zaqatalada keçirəcək. Təlimlərdə yerli sakinlərə sosial sahə üzrə e-xidmətlərə və onlardan istifadəyə dair praktik məlumatlar verilir. 

Təlimlərin davamı olaraq DSMF-nin Balakən və Zaqatala rayonlarındakı qə­bul şöbələrində yardım masaları təşkil olunacaq və e-xidmətlərlə bağlı sualı olan vətəndaşlara rəqəmsal dəstək göstərilə­cək.

Bu tədbirlər Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Korrupsiya­ya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliy­yət Planı” üzrə tədbirlər planının müvafiq bəndinə əsasən təşkil olunur. Məqsəd regionlarda əhalinin rəqəmsallaşma is­tiqamətində bilik və bacarıqlarının artırıl­masıdır.

Qeyd edək ki, aprel ayından başla­yaraq Bərdə, Füzuli, Göygöl, Daşkəsən, Goranboy rayonlarında belə təlimlər keçi­rilib. Təlimlərin ölkənin digər bölgələrində də təşkili nəzərdə tutulub.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat