Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub.
Ölkəmizdə əmək bazarı ilə bağlı aparılan islahatlar, habelə əmək haqqı islahatları barədə nümayəndə heyətinə məlumat verən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son beş ildə Azərbaycanda əmək müqavilələrinin sayında və sosial ödənişlərdə baş verən artımları diqqətə çatdırıb.
Aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində atılan addımlar, postmüharibə dövründə həyata keçirilən sosial dəstək tədbirləri, xidmətlərin elektronlaşdırılması, proaktiv xidmətlərin yaradılması sahəsində əldə olunan uğurlu təcrübə qeyd olunub. Həmçinin “Əmək və məşğulluq” altsisteminin üstünlükləri, əmək qanunvericiliyində aparılan təkmilləşdirmə işləri, qeyri-leqal məşğulluğun qarşısının alınması sahəsində görülən tədbirlər diqqətə çatdırılıb.
Görüşdə ölkəmizdə əmək bazarı ilə bağlı aparılan islahatlar da müzakirə edilib.
Z.BƏŞİRQIZI, “Xalq qəzeti”