Arıqlamaq: təkcə az yeməklə?

post-img

Az yeyib, pəhriz saxlayıb, amma 1–2 kiloqramdan artıq arıqlamayan insanların sayı günbəgün artır. Dietoloqlar bunun səbəbini belə izah edirlər: 

Fiziki fəaliyyət azdır: Orqa­nizm müəyyən qədər fiziki fəaliy­yətə alışır. Əgər bu, azalıbsa, o zaman az yeyərək də çəki artır­maq olar . 

Bədənin fiziki yükü artıb: Adətən əzələ yağdan daha ağır olur. Çoxları məşq etməyə baş­layanda, öncə çəki alır və yağlar əzələ kütləsinə çevrilir. 

Stres: Bu zaman iştahı artı­ran kortizol hormonu ifraz olunur. Stresli anlarda bədən fizioloji olaraq daha sürətli yağ toplayır, bu da çəki at­mağı ləngidir. 

Yanlış içkilər: İçkilərdəki ka­loriləri çox vaxt unuduruq. Şəkərli, qazlı içkilər və şirələr bizi yeməkdən də çox kökəldir. 

Qida çatışmazlığı. Qəribədir ki, insan çox az yedikdə də çəkisi arta bilər. Çünki bədən enerjiyə qənaət rejiminə keçir və az kalori yandırır, yəni ac qalacağını düşünüb piy küt­ləsi yığır. 

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat