Yağış, dolu düşəcək, duman olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazir­liyi Milli Hidrometeorologiya Xidməti­nin verdiyi məlumata əsasən iyunun 24-də Bakıda və Abşeron yarıma­dasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal küləyi əsəcək. Gecə 17-22°, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 55-65 faiz olacaq. Ab­şeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Narda­ran, Bilgəh, Zağulba) 21-22° isti, Cə­nub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq. Azərbay­canın rayonlarında bəzi yerlərdə ara­bir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv ola­cağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayon­larda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 26-31°, dağlarda gecə 7-12°, gündüz 13-18° isti olacaq. 

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya