“Simpsonlar”ın öncəgörməsi

post-img

Amerikalıların məşhur cizgi filmi “Simpsonlar”da Titanikin qalıqlarını lentə alan sualtı qayıqla bağlı epizodların olduğu deyilir. 

Hadisələri baş verməmişdən əvvəl proqnozlaşdıran cizgi fil­mində “Simpsonlar”ın bu məlumatdan illər öncə xəbərdar olduq­ları iddia olunur. 

Bununla bağlı cizgi filminin 2006-cı ildə yayımlanmış bölü­mündə Homer Simspon obrazının əvvəllər itkin düşmüş atası Masonla yenidən bir araya gələrək, sualtı xəzinə səyahətinə çıx­dıqları epizod yenidən gündəmə gəlib. 

Qeyd edək ki, məşhur “Simpsonlar” cizgi filmində koronavi­rus, 11 Sentyabr hadisələri, kriptovalyuta, Donald Trampın pre­zident seçilməsi və digər mövzularla bağlı kadrlar da yer alıb. 

Deyilənə görə, ekran işində hətta Ukrayna-Rusiya müharibə­sindən də bəhs olunur. 

F. SALMANOVA, “Xalq qəzeti”

Dünya