Süni ağıl avtomobil dizayn edir

post-img

“Toyota” avtomobil şirkəti daha bir yeniliyə imza atıb. Şirkət dizayn prosesində süni intellektdən istifadəyə başlayıb. 

Yeni proqram mətn əmrlərini başa dü­şür və bu əmrlərə uyğun dizayn olunmuş avtomobil hazırlayır. “Toyota”, həmçinin müasir texnologiyalar vasitəsilə avtomo­billərdəki aerodinamikanı da təkmilləşdir­mək istəyir. 

Qeyd edək ki, bu təşəbbüs süni intel­lektdən avtomobil sənayesində istifadə ilə bağlı ilk nümunə deyil. Bundan əvvəl “Audi” avtomobil şirkəti eyni texnologiya­dan yüngül lehimli təkərlərin dizaynında yararlanıb. 

F.HÜQUQQIZI, “Xalq qəzeti”

Dünya