Dost həm xəzinə, həm də dayaqdır

post-img

İyunun 9-u Beynəlxalq Dostluq Günü idi. Sosial şəbəkələrdə bu əlamətdar gün ilə bağlı çox sayda paylaşımlara rast gəldim. Dostluğumda olan Jalə Əhmədova adlı bir ziyalı xanımın “Facebook”da yerləşdirdiyi foto diqqətimi daha çox cəlb etdi. 

Buradakı fidan balaların pak, ülvi baxışları insana dünyanın bütün qay­ğılarını bir anlığa da olsa, unutdurur, deyilmi? 

Sosial şəbəkə izləyicilərinin bir çoxu Beynəlxalq Dostluq Günü ilə bağlı ibrətamiz fikir və rəvayətlər pay­laşmışdılar. Bu paylaşımlardan birini oxucuların diqqətinə təqdim etmək istəyirəm: “Ata xəzinə, qardaş dayaq­dır, dost isə həm xəzinədir, həm də dayaq”. Bu ingilis atalar sözüdür. Fik­rimcə, kifayət qədər mənalı və düşün­dürücüdür. 

 

Təqdim etdi:
M.HACIXANLI, “Xalq qəzeti” 

 

Sosial həyat