Suyunuz azalmasın!

post-img

Bədənimizin 70 faizi sudan ibarətdir. Bunu elmi tədqiqatlar sübut edib. Ana bətnində olarkən bədənin 95 faizini su təşkil edir. Doğulduqdan sonra isə suyun həcmi 77 faizə düşür. Əgər orqanizm normal su qəbul etməsə, insan üçün dəhşətli nəticələr baş verə bilər. 

Orqanizimin su balansı tənzimlən­məyəndə beyində susuzluqdan kiçilmə başlayır. Nəticədə beyin hər hansı bir işi görmək üçün yüklənir. 

Enerji getdikcə aşağı düşür, diqqət dağılır. Yaddaşda unutqanlıq əmələ gə­lir. 

Su oynaqlar və sümüklər arasındakı boşluğu yağlandırır. Bədəndə suyun az olması səbəbindən bütün oynaqlarda ağrılar başlayır. Həmçinin susuz dəridə qırışlar və xətlər daha çox görünür. 

Bununla yanaşı, gözlərdə ağrı olur, çəki artır. Su az içiləndə 3–5 gün sonra yaşdan asılı olaraq, beyin qan dövranı pozulur və nəticə çox pis olur. Bu dəh­şətli faktorlar bədənin sudan imtina et­məsi səbəbindən baş verə bilər.

Sosial həyat