Marsın öz oksigeni…

post-img

NASA və digər kosmik agentliklər, Marsla bağlı müxtəlif layihələr həyata keçirir. İnsanları Aya və Marsa aparıb orada koloniya yaratmaq istəyirlər. Ancaq bir insanın aylarla kosmosda qalması üçün lazım olan oksigeni daşımaq çox bahalı və çətin işdir. Alimlər bu problemin öhdəsindən gəlmək üçün hazırladıqları yeni layihənin təfərrüatlarını açıqlayıblar. Xəbəri “coolcosmos.com” saytı verib.

“Warwick” Universitetinin tədqiqat­çıları oksigen əldə etmək üçün fotoelektrokimyəvi cihazlara (PEC) müra­ciət etmək fikrindədirlər. PEC əsaslı oksigen istehsalı, suyu birbaşa hid­rogen və oksigen qazına ayırmaq üçün yarımkeçirici materiallardan istifadə edən bir sistemdir. Yəni məqsəd Günəş radiasiyasından oksigen almaqdır.

Qeyd edək ki, kosmik stansiyada oksigen generatorları var və stansiya üçün kifayət edir. Lakin Mars və Ay kimi uzunmüddətli layihələr üçün əlve­rişli deyil.

Dünya