“Google foto” hər kəsi arxadan da tanıyır

post-img

“Google foto” uzun müddətdir ən çox istifadə edilən proqramlardan biridir. Bir çox fərqli xüsusiyyətləri ilə diqqət çəkən tətbiq, xüsusilə fotoşəkilləri qruplaşdırmaqda, slayd hazırlamaqda, keçmişlə bağlı şəkilləri xatırlatmaqda proqramlar arasında ən yaxşısıdır. 

“Google foto” ən son funksiyası ilə istifadəçilərin diqqət mərkəzindədir. Belə ki, artıq insanların üzünü gör­məsə belə, arxadan çəkilmiş fotogö­rünüşə görə onları tanıyır və qruplaş­dırır. Hətta uzaqdan çəkilmiş, yaxşı görünməyən şəkillərdə belə uyğunluğu müəyyən edə bilir. Faydalı adlandıra biləcəyimiz bu xüsusiyyət isə tətbiqin süni intellekt yenilənməsi aldığını göstərir.

Qeyd edək ki, tətbiqin son xüsusiy­yəti istifadəçilər arasında ajiotaj yara­dıb. Süni intellektin bu səviyyəyə gəlib çatması narahatlıq doğurur.

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Dünya