Elm – bilik aləmində

post-img

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Fəlsəfənin pandemiya­sı” mövzusunda ümuminstitut semi­narı keçirilib.

Seminarı fəlsəfə elmləri doktoru Fü­zuli Qurbanov açaraq mövzunu təqdim edib. Məruzə ilə çıxış edən fəlsəfə elm­ləri doktoru, professor Əli Abasov sözü­gedən terminin məğzini açıqlayıb, dünya və insan arasında daim inkişafda olan sistemli əlaqələrin fəlsəfi mahiyyətinə toxunub. O, pandemiya fəlsəfəsinin sivili­zasiyaya təsirlərindən, dünyanın ən bö­yük problemlərdən olan böhran və onun doğurduğu nəticələrdən danışıb.

Sonra institutun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə və digər əməkdaşlar məruzəçiyə suallar verib, mövzu ətrafında fikir mübadiləsi aparıblar.

***

Bu gün Bakıda Azərbaycan Res­publikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA nəzdində Respublika Seys­moloji Xidmət Mərkəzinin təşkilatçılı­ğı ilə ulu öndər Heydər Əliyevin ana­dan olmasının 100 illiyinə həsr edilən “Seysmologiya və mühəndis seysmo­logiyası” mövzusunda VII beynəlxalq konfrans başlanır. 

Konfransda AMEA rəhbərliyi, Türkiyə Elm və Texnoloji Tədqiqat Şurasının (TÜ­BİTAK) prezidenti Hasan Mandal, elmi institut və təşkilatların rəhbərləri, ali mək­təb rektorları, yerli və xarici seysmoloq alimlər, habelə dövlət qurumlarının rəs­miləri iştirak edəcəklər.

Açılış mərasimindən və oradakı çıxışlardan sonra konfrans öz işini mü­vafiq panellər üzrə davam etdirəcək. Beynəlxalq tədbir çərçivəsində, həmçinin ölkəmizə gələn xarici seysmoloq alim və mütəxəssislərin Şuşa şəhərinə səfəri də nəzərdə tutulub.

Ə.ƏLİYEV, “Xalq qəzeti”



Sosial həyat