Özbəkistan nümayəndə heyəti DOST Agentliyində

post-img

Özbəkistan Respublikası Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin direktoru Mansurbek Olloyerovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizin qonağıdır. 

Sonra Əmək və Əhalinin Sosial Mü­dafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində nümayəndə heyəti ilə gö­rüş olub. Görüşdən əvvəl qonaqlar 1 saylı DOST Mərkəzi, burada əhaliyə göstərilən xidmətlərlə tanış olublar. On­lar üçün DOST konsepsiyasına, nazir­liyin innovativ iş təcrübələrinə, elektron sistemlərinə dair təqdimatlar edilib. 

Özbəkistan nümayəndə heyəti ilə görüşdə əmək və əhalinin sosial mü­dafiəsi naziri Sahil Babayev ölkələrimiz arasında qədim tarixə malik əlaqələrin olduğunu, Azərbaycan və Özbəkistan dövlət başçılarının səyləri ilə bu əlaqələ­rin daim inkişaf edərək genişləndiyini, beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə arasında sıx əməkdaşlığın hə­yata keçirildiyini vurğulayıb.

Ötən dövrdə imzalanan əməkdaşlıq sənədlərinin əlaqələrin inkişafında mü­hüm önəmi qeyd edilib. İki ölkə arasında əlaqələrin, qarşılıqlı faydalı əməkdaşlı­ğın sosial sahəni də əhatə etdiyi bildirilib. 

Nümayəndə heyətinə Azərbaycan­da əmək və məşğulluq, sosial müdafiə sahələrində son illər aparılan islahatlar barədə ətraflı məlumat verilib. Sosial sahədə innovativ həllərin geniş tətbiqi istiqamətində görülən işlər, DOST kon­sepsiyası, proaktiv xidmət mexanizmlə­ri diqqətə çatdırılıb. 

M.Olloyerov ölkələr arasında ikitərəfli əlaqələrinin daim genişlənmək­də olduğunu və sosial əməkdaşlığın inkişaf etdirilməsinin, sosial islahatlar prosesində təcrübə mübadilələrinin əhəmiyyətini vurğulayıb. 

Nümayəndə heyətinin üzvləri agent­liyin direktorunun birinci müavini xanım Şahnoza Mirziyoyeva və direktorun müavini Muxtorxon Taşxodjayev, həm­çinin Özbəkistanın “Zamin” Fondunun icraiyyə komitəsinin rəhbəri Tamila Əli­yeva da görüşdə iştirak edib.

Görüşdə sosial müdafiə, sosial xid­mətlər, habelə bu sahələrdə innovativ həllərin, elektron texnologiyaların tət­biqi və s. üzrə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Qonaqlar səfər çərçivəsində DOST İnklüziv İnki­şaf və Yaradıcılıq Mərkəzi, burada so­sial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişafı üçün yaradılan şəraitlə, aparılan işlərlə də tanış olublar.

* * *

Özbəkistanın nümayəndə heyəti 5 saylı DOST Mərkəzi ilə tanış olub. Mərkəzdə qonaqlarla görüşdə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev ölkəmiz­dəki sosial xidmət və reabilitasiya sis­temi, bu sahələrdə aparılan islahatlar barədə məlumat verib. Görüşdə qeyd olunan sahələrdə təcrübə mübadilələ­rinin əhəmiyyəti vurğulanıb. 

Nümayəndə heyəti üçün Sosial Xid­mətlər Agentliyi (SXA), Dövlət Tibbi-So­sial Ekspertiza və Reabilitasiya Agent­liyi, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyətinə dair təqdimatlar edilib.

Qonaqlar səfər çərçivəsində SXA-nin paytaxtın Nərimanov rayonundakı İxtisaslaşmış Sosial Xidmət Mərkəzi, Pirallahı rayonundakı 18 yaşınadək əlil­liyi müəyyən edilmiş şəxslər üçün yeni Günərzi qayğı mərkəzi və bu təbəqə­dən olan uşaqlar üçün 1 saylı Sosial xidmət müəssisəsində, Dövlət Tibbi So­sial Ekspertiza və Reabilitasiya Agentli­yinin Şağan Reabilitasiya Pansionatın­da olublar.

Nümayəndə heyətinə həmin müəs­sisələrin fəaliyyəti, həssas əhali qrupları­na, əlilliyi olan şəxslərə göstərilən reabili­tasiya xidmətləri barədə məlumat verilib. “Birgə və Sağlam” İB Autizm Mərkəzində olan qonaqlar həmçinin Sosial Xidmət­lər Agentliyinin sosial işçilərinin həssas qruplara aid uşaqların ailələrinə səfərlər edərək qiymətləndirmə aparması prose­si ilə yaxından tanış olublar.

Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”



Sosial həyat