Bölgələrdə müstəqillik bayramı

post-img

Müsəlman dünyasında ilk parlamentli, dünyəvi, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105 illiyi bölgələrimizdə təmtəraqla qeyd olunur. Tədbirlərdən göründüyü kimi, cəmi 23 ay yaşamış Cümhuriyyətin azadlıq ideyaları və dövlət müstəqilliyi ənənələri xalqımızın təfəkküründə möhkəm yer tutub və ölkəmiz 1991-ci ildə müstəqilliyini yenidən bərpa edib.

XAÇMAZ

“Müstəqilliyimiz əbədidir” mövzu­sunda tədbirinin iştirakçıları əvvəlcə Xaçmaz rayon Heydər Əliyev mərkə­zində ulu öndər Heydər Əliyevin regi­onlara səfərlərini əks etdirən fotostend­lərlə tanış olublar.

Tədbirdə Dövlət Himni səsləndirilib, ümummilli liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon icra hakimiyyəti başçısının müavini Günel Nürəddinova müstəqil­lik tariximizlə bağlı məlumat verib. Qeyd edib ki, Müstəqillik Günü tarixi­mizin ən şanlı və parlaq səhifələrindən biridir.Azərbaycan Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demok­ratik islahatları ilə xalqımızın tarixi tale­yində mühüm rol oynayıb.

Çıxışlarda vurğulanıb ki, ulu öndə­rin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində işğalçı Er­mənistan ordusu darmadağın edildi və tarixi Zəfərə qazanıldı. Bu, Azərbaycan xalqının böyük tarixi Qələbəsidir. Bu­nunla Müstəqillik Günü ikiqat əlamət­dar tarixi bayrama çevrilib.

Sonra Müstəqillik Günü ilə bağlı videoçarx nümayiş etdirilib, konsert proqramı təqdim olunub.

ŞƏKİ 

Gənclər və İdman Nazirliyinin təş­kilatçılığı, Səhiyyə Nazirliyi və Mərkə­zi Qan Bankının dəstəyi ilə 28 May – Müstəqillik Günü ilə əlaqədar “Qan ver, həyat xilas et!” şüarı altında keçi­rilən könüllü qanvermə aksiyasına Şəki gəncləri də fəal qoşulublar.

Şəki Şəhər Gənclər və İdman İdarə­sindən bölgə müxbirimizə bildirilib ki, dünən B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının Şəki regional bölməsində keçirilən qanvermə aksiyasında idarə­nin əməkdaşları, idmançılar, gənclər iştirak ediblər. Regional bölmənin hə­kim-hematoloqları tərəfindən həyata keçirilən xeyriyyə aksiyası zamanı 30 könüllü qan verib.

Toplanan qan laboratoriya müa­yinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanla­rın müalicəsində istifadə olunacaq.

MASALLI 

Rayondakı Heydər Əliyev Mərkəzi, Masallı Tarix-diyarşünaslıq Muzeyi və Cəlilabad rayon Heydər Əliyev Mərkə­zinin birgə təşkilatçılığı ilə 28 may – Müstəqillik Günüqeyd olunub. 

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi və ərazi bütövlüyüuğrun­da canlarından keçən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Masallı rayon Heydər Əliyev Mərkə­zinin direktoru Dilbər İbayeva girişnitqi ilə tədbiri açıq elan edib. O, ümummilli liderin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali BaşKomandanı cənab İlham Əliyevin sə­rancamlarına əsasən bu tarixi günün hər il xalqımız tərəfindən bayram edil­diyini xüsusi vurğulayıb.

Masallı Tarix-diyarşünaslıq Muzeyi­nin direktoru Əntiqə Tağıyeva çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin ya­ranmasından, müstəqilliyimizin keşmə­keşli yollarından, milli dövlətçiliyimizin parlaq səhifələrindən danışıb.

“Azərbaycan Xalq Cümhüriyyəti müasir dövlətçiliyimizin təməlidir” möv­zusunda mühazirə ilə çıxışedən mu­zeyin əməkdaşı Sevinc Əliyeva bildirib ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhu­riyyətinin yaranması milli dövlətçilik ta­riximizdə öz önəmi və dəyəri, böyük ta­rixi əhəmiyyəti olan hadisədir. AXC-nin qısa müddətdə həyata keçirdiyi silsilə tədbirlər onun beynəlxalq səviyyədə tanınmasına, müstəqil demokratik döv­lət kimi fəaliyyət göstərməsinə tutarlı bir tarixi faktdır.

Sonra Müstəqllik Gününə həsr olu­nan sənədli film nümayiş olunub.

CƏLİLABAD 

Rayon Heydər Əliyev Mərkəzində 28 May–Müstəqillik Gününə həsr olun­muş dəyirmi masa tədbirində ziyalılar, idarə, müəssisə və təşkilatların rəhbər­ləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov Azərbaycan Xalq Cüm­huriyyətinin yaranmasını tarixi keçmi­şimizin şanlı səhifələrindən biri kimi qiymətləndirib, demokratik dövlət quru­culuğu, iqtisadiyyat, mədəniyyət, təh­sil, hərbi quruculuq və sair sahələrdə Cümhuriyyətin həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsi ol­duğunu bildirib. 

Azərbaycanın yenidən müstəqillik əldə etdikdən sonrakı ilk dövrlər də qədirbilənliklə xatırlanıb. Qeyd edilib ki, respublikamız 1991-1993-cü illərdə mövcud olan xaos və anarxiya nəticə­sində müstəqilliyimizi itirmək təhlükəsi ilə baş-başa qaldığı dövrdə ümummilli lider Heydər Əliyevin dövlət qurucu­luğu sahəsindəki misilsiz xidmətləri sayəsində müstəqil Azərbaycan Res­publikası Azərbaycan Xalq Cümhuriy­yətinin taleyini yaşamadı və müstəqillik yolunda dönmədən, inamla irəlilədi. Bu gün bu siyasət ulu öndərin layiqli da­vamçısı – Azərbaycan Respublikası­nın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

YAP Cəlilabad Rayon Təşkilatının sədri Mirsüleyman Mirxaslı və digər natiqlər Müsəlman Şərqində ilk parla­ment respublikası – Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqının milli oyanışında oynadığı roldan bəhs ediblər. 

İMİŞLİ

Heydər Əliyev Mərkəzinin akt za­lında Müstəqillik Günü münasibətilə tədbir keçirilən tədbirdə rayon rəsmilə­ri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Sonra Dövlət Himni səsləndirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev çıxış edərək iş­tirakçıları Müstəqillik Gün münasibətilə təbrik edib, hər kəsə müstəqil Azərbay­canın çiçəklənməsi naminə işlərində uğurlar diləyib. 

Bildirilib ki, xalqımız 28 May – Müstəqillik Gününü hər il böyük təntənə ilə qeyd edir. Çünki 1918-ci il mayın 28-də yüz ildən artıq müstəm­ləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azad­lığa çıxıb. AXC 1920-ci ilin aprel ayın­da bolşevik işğalından sonra süquta uğrayıb. Xalq Cümhuriyyətinin üçrəngli bayrağını yenidən ucaldan və Azər­baycan xalqının əbədi müstəqilliyini təmin edən şəxsiyyət isə xalqımızın ümummilli lideri Heydər Əliyev olub. Bu gün Heydər Əliyevin əsasını qoy­duğu siyasəti Prezident İlham Əliyev müasir dövrün tələblərinə və reallıqla­rına uyğun davam etdirir. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 ilə yaxın erməni işğa­lı altında qalan Qarabağ azad edildi. Artıq Azərbaycan üçüncü ildir ki, 28 May – Müstəqillik Gününü öz ərazi bü­tövlüyünü təmin etmiş qalib dövlət kimi qeyd edir. Digər çıxış edənlər Azərbay­can Xalq Cümhuriyyətinin tariximizdəki yeri və rolundan bəhs ediblər.

 

Hazırladılar:
Əli ƏLİYEV,
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”





Sosial həyat