Suriyadan ölkəmizə repatriasiya edilənlərə sosial-psixoloji dəstək

post-img

Suriyadan ölkəmizə repatriasiya edilmiş daha 11 Azərbaycan vətənda­şının sosial-psixoloji reabilitasiyasına başlanıb. Üçü qadın, 8 nəfəri uşaq ol­maqla, onların reabilitasiyası ilə Sosial Xidmətlər Agentliyi məşğul olur.

Agentliyin sosial işçi və psixoloq­ları repatriantlarla fərdi plan əsasında iş aparırlar. Repatriantların psixoloji vəziyyətlərinin qənaətbəxş olmadığı nəzərə alınaraq, onların sosial reabi­litasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlər görülə­cək. 

Qeyd edək ki, İraq və Suriyadan re­patriasiya olunmuş 400-dən çox şəxs SXA tərəfindən sosial reabilitasiya və reinteqrasiya xidmətləri ilə təmin edilib.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat