Məişət zorakılığından zərər çəkənlərə reabilitasiya xidmətləri göstərilir

post-img

Sosial Xidmətlər Agentliyi bu ilin ötən dövründə məişət zorakılığından zərər çəkmiş 33 nəfəri sosial reabilita­siya xidmətlərinə cəlb edib. Onlardan 10 nəfəri valideyn, 23 nəfəri isə uşaq­dır. Bu barədə Əmək və Əhalinin So­sial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsin­dən bildiriblər.

Qeyd edilib ki, həmin şəxslər agent­liyin müvafiq müəssisəsində yerləşən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şö­bəsində reabilitasiya xidmətləri ilə əhatə olunublar. 2021-ci ildən fəaliyyət göstərən şöbədə ötən dövrdə 160-a yaxın şəxs reabilitasiya xidmətləri ilə təmin edilib. 

Müasir tələblərə uyğun şəraitin ya­radıldığı şöbəyə qəbul olunan şəxslərin ilkin tibbi müayinəsi və psixoloji-emo­sional vəziyyətinin qiymətləndirilmə­si, sosial-hüquqi və psixoloji dəstəklə təmin edilmələri, mədəni-asudə vaxt­larının təşkili və s. istiqamətlərdə iş­lər aparılır. Bu işlər fərdi iş planı üzrə və digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində yerinə yetirilir. 

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat