Tarixi həqiqətlər gənc nəslə çatdırılır

post-img

Naxçıvanda ali təhsil müəssisələrinin tələbələri və Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının iştirakı ilə “Qayıdış: Qərbi Azərbaycan” mövzusunda seminar keçirilib. 

Muxtar Respublikanın Gənclər və İd­man Nazirliyi, YAP Naxçıvan təşkilatı və “Gənc Vətənpərvərlər” İctimai Birliyinin start verdiyi maarifləndirmə aksiyasının məqsədi itirilmiş tarixi Azərbaycan torpaq­ları barədə bilgilərin və Qərbi Azərbaycan İcmasının hüquqlarının bərpası istiqamə­tində görülən işlərin gənclərə çatdırılma­sıdır.

Toplantını giriş sözü ilə açan nazirliyin əməkdaşı Azadə Əliyeva 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbəni xatırladaraq deyib ki,bu zəfər re­gionda və bütövlükdə dünyada geosiyasi vəziyyət dəyişib və Qərbi Azərbaycana qayıdış hərəkatını yeni mərhələyə çıxa­rıb. Bu yöndə atılan ciddi addımların hə­dəfi bir zamanlar orada yaşamış soydaş­larımızın hüquqlarının bərpa edilməsinə nail olmaqdır.

Tarix üzrə fəlsəfə doktoru, dosent El­çin Zamanov qeyd edib ki, xalqımız ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqı­rımılarından böyük əziyyət çəkmişdir. Azərbaycanlıların vaxtilə mütləq əksəriy­yət təşkil etdiyi indiki Ermənistan ərazisin­dən tamamilə qovulması nəticəsində indi həmin yerlər xarabazara çevrilib. Burada­kı türk-müsəlman abidələrinin çox böyük bir hissəsi məhv edilib, yerdə qalanları isə saxtakarlıqla özününküləşdirilib. Bütün bu haqsızlığa rəğmən müasir Azərbaycan dövləti öz soydaşlarının hüquqlarını bər­pa etmək üçün çox ciddi addımlar atır. 

Çıxışlardan sonra tədbir diskussiya formatında davam edib. 

 

Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”

Naxçıvan

Sosial həyat