İcmanın saxta ittihama kəskin etirazı

post-img

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bugünlərdə dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabat dərc edib. Sənədin Azərbaycan və Ermənistana dair hissələri mahiyyəti üzrə qeyri-obyektiv olmaqla açıq-aşkar anti-Azərbaycan xarakteri daşıyır. Bununla bağlı Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib:

– Azərbaycanda erməni dini abidələri ilə bağlı əsassız iddialara geniş yer verən Dövlət Departamenti, nədənsə, Ermə­nistandan azərbaycanlıların etnik və dini nifrət zəminində tamamilə qovulması, bu ölkədə vaxtilə dövlət tərəfindən qeydiy­yatdan keçmiş 300-ə yaxın məscidin və azərbaycanlılara məxsus bütün digər dini və mədəni irsin dağıdılması faktlarını gör­məzdən gəlir.

Dövlət Departamentinin açıqlamasın­da erməni ekstremist təşkilatları tərəfin­dən maliyyələşdirilən üç radikal millətçi erməni müəllifin (L.Xaçaturyan, H.Qul­yan, S.Bokçeriyan) yazdıqları iftiranın yer alması bu hesabatın qərəzli olmasını sübut edir.

Bəyanatda icmanın saxta ittihamla­ra kəskin etirazı belə əks olunub:

– Biz ABŞ Dövlət Departamentini he­sabatın həmin hissələrini redaktə etmə­yi, əsassız iddiaları çıxarmağı və Ermə­nistanda tüğyan edən azərbaycanafob meylləri və Azərbaycanın dini və mədəni irsinin, o cümlədən, məscidlərin və qə­biristanlıqların dağıdılması kimi inanc azadlıqlarının sistemli şəkildə pozulması faktlarını əks etdirməyə çağırırıq. Bundan əlavə, ABŞ hökumətini Ermənistanı sözü­gedən irsi dağıtmasını dayandırmağa və artıq dağıtmış olduqlarını bərpa etməyə məcbur etmək üçün səylər göstərməyə çağırırıq.

Nəhayət, ümid edirik ki, bizim ABŞ-ın Dövlət katibi Antoni Blinkenə müraciəti­mizə uyğun olaraq, ABŞ hökuməti Ermə­nistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkil­də qayıtmalarının təmin edilməsi və qa­yıtdıqdan sonra onların orada hüquq və azadlıqlarının, o cümlədən, dini azadlıq­larının qorunması üçün müvafiq səylər göstərəcək.

“Xalq qəzeti”

Siyasət