Azərbaycan və Xorvatiyanı tərəfdaşlıq münasibətləri birləşdirir

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Xorvatiya Respublikası Parlament Sədrinin müavini Davorko Vidoviç ilə görüşüb.

Parlamentin rəhbəri dəvəti qəbul edib səfərə gəldiyinə və xüsusi iclas­da iştirak etdiyinə görə Davorko Vido­viçə təşəkkürünü bildirib. O, müasir, müstəqil Azərbaycan dövlətinin me­marı və qurucusu, xalqımızın ümum­milli lideri Heydər Əliyevin misilsiz xidmətləri barədə danışaraq deyib ki, ulu öndər görkəmli dövlət və siyasi xadim olmaqla yanaşı, xalqının tale­yini dəyişdirən böyük lider, əvəzolun­maz şəxsiyyətdir. Heydər Əliyev erası Azərbaycanda quruculuq, inkişaf, sa­bitlik, tərəqqi və müstəqillik dövrü kimi xarakterizə olunur.

Qeyd edilib ki, Azərbaycan və Xor­vatiya dost dövlətlərdir. Ölkələrimizi strateji tərəfdaşlıq münasibətləri bir­ləşdirir. Qarşılıqlı səfərlər münasibət­lərimizin inkişafına xidmət edir. Bu mənada dövlət başçıları səviyyəsində həyata keçirilən səfərlərin və görüşlə­rin xüsusi əhəmiyyəti qeyd olunub.

Ölkələrimiz arasında münasibətlə­rin inkişafında parlamentlərin də rolunu qeyd edən S.Qafarova bildirib ki, hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir. Par­lamentarilərimiz arasında təmasların artması münasibətlərin daha da dərin­ləşməsinə töhfə verə bilər. O, regionda gedən proseslər, Azərbaycanın işğal­dan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri barədə də məlumat verib.

Xorvatiya Parlament Sədrinin müa­vini səfərə dəvətə və göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə min­nətdarlığını bildirərək, Azərbaycanda olmaqdan məmnunluğunu vurğulayıb və ölkələrimiz arasında Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı ol­duğunu diqqətə çatdırıb. O, ölkəmizə səfəri çərçivəsində Xarici İşlər və İqti­sadiyyat Nazirliklərində görüşlər ke­çirdiyini, ictimai xidmətlər sektorunda Azərbaycan brendi olan ASAN Xidmət­lə tanış olduğunu, Ermənistanın işğa­lından azad olunmuş Ağdama səfər etdiyini bildirib və təəssüratlarını bölü­şüb. Qonaq deyib ki, Xorvatiya mina­lardan əziyyət çəkən ölkə kimi minatə­mizləmə sahəsində təcrübəyə malikdir.

Görüşdə Azərbaycanla Xorvatiya arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran di­gər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ə.BƏDƏLOV, “Xalq qəzeti”

Siyasət