24 iyun 2026-cı il saat 11:00-da “Göygöl Şərab Zavodu” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Ünvan: Göygöl şəhəri, Heydər Əliyev prospekti 2.
Yığıncağın gündəliyi:
1. 2025-ci il üzrə maliyyə hesabatının müzakirəsi və təsdiqi.
2. Səhmdar cəmiyyətin fəaliyyəti ilə bağlı digər texniki məsələlərin müzakirəsi.
Səhmdarların ümumi yığıncağının gündəliyinin materialları ilə həftənin bazar ertəsi-cümə günləri saat 11:00-dan 18:00-dək “Göygöl Şərab Zavodu” ASC-nin mühasibatlığında tanış olmaq mümkündür.
Yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiqləyən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiqləyən sənədlə) iştirakı vacibdir.
“Göygöl Şərab Zavodu” ASC-nin rəhbərliyi

