Baş prokurorun Yevlaxda qəbulu

post-img

Mayın 18-də baş prokuror Kamran Əliyev Yevlax Rayon Prokurorluğunun inzibati binasında Yevlax, Bərdə, Tərtər, Goranboy, Xocalı rayon, Mingəçevir və Naftalan şəhər sakinlərini, həmçinin digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 81 nəfər vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayət­lər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi ilə bağlı, mülki xarakterli mübahisələrlə əlaqədar və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyə­ti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.

Qəbuldan sonra baş prokuror əmək­daşlarla görüşlər keçirməklə onlara konk­ret tapşırıqlar verib, vətəndaşların müra­ciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə prokurorla­rın fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Sosial həyat