Yol-nəqliyyat hadisələri: İşıqforlar və idarəetmə qutusu yararsız hala düşdü

post-img

Səhər saatlarında paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı  nəqliyyat işıqforu və idarəetmə qutusu sıradan çıxıb. Bu səbəbdən kəsişmədə olan digər işıqforlar hazırda qeyri-işlək vəziyyətdədir. Yeni işıqforun və idarəetmə qutusunun quraşdırılması üçün tədbirlərə başlanılıb. İşlər başa çatana qədər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi səyyar svetofor vasitəsilə təmin ediləcək.

Məlumatı DİN-in mətbuat xidməti verib. 

İşıqforun yararsız hala düşməsi ilə nəticələnən digər bir qəza isə Sabunçu rayonu,  Zabrat-Maştağa yolunda qeydə alınıb. Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hazırda bu yolda səyyar svetofor işləyir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hərəkət iştirakçılarına müraciət edərək bildirir ki, yollarda işıqforlar hansısa səbəbdən işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab olunur. Bu zaman onlar “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsində qeyd olunanları əsas götürərək yollarına davam etməlidirlər.

P.ƏMİRCANOV
XQ

Sosial həyat