Tacikistan və ABŞ təhlükəsizlik, iqtisadiyyat və humanitar əlaqələr sahəsində ikitərəfli əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını təsdiqləyiblər. Bu barədə Tacikistanın xarici işlər naziri Sirojiddin Muxriddin ilə ABŞ Prezidentinin Cənubi və Orta Asiya üzrə xüsusi nümayəndəsi Serxio Qor arasında keçirilən görüşdən sonra məlumat verib.
Məlumatı “Anadolu” yayıb.
Danışıqlar zamanı tərəflər siyasi, iqtisadi, investisiya və humanitar sahələrdə Tacikistan-Amerika münasibətlərinin hazırkı vəziyyəti və perspektivlərini, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə ediblər.
Terrorizm, ekstremizm və narkotik qaçaqmalçılığı da daxil olmaqla, müasir çağırış və təhdidlərə qarşı mübarizədə səylərin əlaqələndirilməsinə xüsusi diqqət yetirildi.
Həmsöhbətlər həmçinin regional vəziyyətlə bağlı fikir mübadiləsi aparıb və sabitliyin qorunması və humanitar risklərin qarşısının alınması üçün birgə tədbirlərin vacibliyini vurğulayıblar.
Tacikistan Xarici İşlər Nazirliyi qeyd edib ki, tərəflər Mərkəzi Asiya ölkələri ilə ABŞ arasında dialoq və əməkdaşlığın gücləndirilməsi mexanizmi kimi C5+1 platformasının əhəmiyyətini yüksək qiymətləndirirlər.
Görüşdən sonra Düşənbə və Vaşinqton ticarət, iqtisadi və investisiya əməkdaşlığını genişləndirməyə, eləcə də təhsil və mədəniyyət mübadilələrini inkişaf etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
P.ƏMİRCANOV
XQ

