Nazir Vilayət Eyvazov Salyanda vətəndaşların müraciətlərinə baxıb

post-img

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 17-18-də Salyan Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Rayon Polis Şöbəsinin inziba­ti binasında Hacıqabul, Kürdəmir, Salyan, Şirvan şəhər və rayonların­dan qəbula gələn 153 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksə­riyyəti yerindəcə həllini tapıb.

Səfər çərçivəsində general-pol­kovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyə­tinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. 19-u Vətən müharibəsi iştirak­çısı olmaqla xidmətə qəbulun şərtlə­rinə uyğun gələn 72 nəfər seçim tu­runun növbəti mərhələsinə buraxılıb.

“Xalq qəzeti”

Sosial həyat