Harrison Ford Kann Film Festivalında Qızıl Palma budağı qazandı

post-img

Aktyor Harrison Ford 2023-cü ildə Kann Film Festivalında həyatındakı sənət uğurlarına görə fəxri Palma budağı mükafatı alıb. Bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

Mükafatı aktyora Kann rejissoru İris Knoblox təqdim edib.

H.Ford böyük ekranda bütün həyatı boyu məşhur filmlərdəki rolları əks etdirən videoya baxdıqdan sonra deyib: "Deyirlər ki, ölüm qapısında olanda bütün həyatınız gözünüzün qabağından keçir və mən, sadəcə, həyatımın gözümün qabağında cərəyan etdiyini gördüm".

Harrison Ford daha əvvəl demişdi ki, “İndiana Cons və taleyin çarxı” franşizanın son filmi ola bilər. "İndiana Cons və Bəxt çarxı" iyunun 30-da kinoteatrlara çıxacaq. Françayzinq 1981-ci ildə 2Raiders of the Lost Ark" ilə debüt edib və bu illər ərzində 1 milyard dollardan çox gəlir gətirib. H.Ford layihə üçün xüsusi texnologiya ilə cavanlaşdırılıb. 

S.ELAY,

"Xalq qəzeti"

Mədəniyyət