Milli Kitabxanada Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan sərgi hazırlanıb

post-img

Milli Kitabxanada əqli mülkiyyət hüquqlarının, yaradıcılıq və ixtiraların qorunmasının təbliği məqsədilə “26 Aprel – Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim edilib.

Kitabxanadan XQ-ə bildirilib ki, sərgidə müəllif hüquqları, patent hüquqları, müvafiq qanunvericilik aktları, qorunma mexanizmləri və beynəlxalq standartlar, ticarət nişanları və sənaye nümunələri, Azərbaycan folkloru nümunələri, qeyri-maddi mədəni irs nümunələri, erməni plagiatçılığı və s. haqqında ədəbiyyatlar Azərbaycan və xarici dillərdə nümayiş olunur.

Beynəlxalq Əqli Mülkiyyət Gününün məqsədi insan yaradıcılığının, ixtiraların və innovasiyaların qorunmasının əhəmiyyətini cəmiyyətə çatdırmaqdır. Hər il bu gün müəyyən bir mövzu altında keçirilir. 2026-cı il üçün günün mövzusu “Əqli mülkiyyət və idman: hazır olun, təyin edin, innovasiya edin!” adlanır.

Mədəniyyət