Kəmaləddin Heydərov Njupuo Yap Mariatu ilə görüşüb

post-img

Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun dəvəti ilə Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi xanım Njupuo Yap Mariatunun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Nazir Kəmaləddin Heydərov ölkə­mizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldı­rılması məqsədilə görülən işlər, habelə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

Nazir Azərbaycanın 1993-cü ildən üzvü olduğu Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə əlaqələrinin yüksək səviy­yədə olduğunu məmnunluqla xatırla­daraq, münasibətlərin daha da geniş­lənməsinə yeni təkan verən 2018-ci ildə Bakı şəhərində imzalanmış “Azər­baycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasında informasiya mübadiləsi Reqlamenti”ni qeyd edib. Əməkdaşlıq münasibətləri çərçivəsin­də BMMT tərəfindən Fövqəladə Hallar Nazirliyinin Akademiyasına xüsusi tre­najor komplekslərinin, o cümlədən bir sıra təlim-məşq avadanlıqları və labora­tor cihazlarının verilməsinə görə xanım Njupuo Yap Mariatuya təşəkkür edib. 

Azərbaycanın BMMT-nin dəyər­li üzvü olduğunu bildirən Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi xanım Njupuo Yap Mariatu, 2013-cü ildə Qəbələ şəhərində keçirilmiş “Mül­ki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda beynəlxalq konfransı xa­tırladıb. Xanım Njupuo Yap Mariatu BMMT-nın Baş Assambleyasının ötən ilin noyabr ayında keçirilmiş sessiya­sında Azərbaycanın təşkilatın İcraiyyə Şurasına növbəti 4 il üçün yenidən üzv seçilməsinin əhəmiyyətini vurğulayıb.

“Xalq qəzeti”

Son xəbərlər