Kissincerdən çağırış: “Ukraynanı NATO-ya qəbul edin”

post-img

Dünya siyasətinin nəhəng simalarından olan ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer bildirib ki, Kiyevin Rusiya ilə ərazi mübahisələri üzrə müstəqil qərar qəbul etmək imkanlarını məhdudlaşdırmaq üçün Ukraynanın Şimali Atlantika Alyansına qoşulmasına icazə verilməlidir.

Məşhur siyasətçi bu barədə “The Economist” jurnalına müsahibəsində danışıb. Onun fikrincə, Qərb Ukrayna­ya o qədər çox silah göndərib ki, o, Av­ropanın “ən çox silahlanmış, lakin stra­teji baxımdan ən təcrübəsiz rəhbərliyi olan ölkəsinə” çevriləcək. 

Sabiq dövlət katibi əmindir ki, “xü­susi əməliyyat”ın nəticəsindən asılı olmayaraq, Rusiya Federasiyası Krım üzərində nəzarəti saxlayacaq, bu isə Kiyevin işinə yaramayacaq.

"Ukraynanın NATO-ya daxil olması ölkəni qorumağa və eyni zamanda onu məhdudlaşdırmağa imkan verəcək", - Kissincer deyib. Onun fikrincə, alyans­da Kiyev milli səviyyədə ərazi iddia­ları ilə bağlı müstəqil qərar qəbul edə bilməyəcək: “Bu, Rusiya və Ukrayna arasında qarşıdurmanın növbəti raun­dunun yaranmasının qarşısını alacaq”.

Sonda bildirək ki, bu il mayın 27-də H.Kissincerin 100 yaşı tamam olur. O, Nobel sülh mükafatı laureatıdır. O, Misirin İsraili tanımasını təmin edən siyasətçi kimi tarixə düşüb. Kissincer 2014-cü ilin oktyabrında Nizami Gən­cəvi Beynəlxalq Mərkəzinin xüsusi me­dalı ilə də təltif olunub.

“Xalq qəzeti”

Siyasət