"Kiçik əllərdə böyük tarix"

post-img

Xətai Sənət Mərkəzində Azərbaycan, Türkiyə və Özbəkistan qardaşlığına həsr olunmuş "Kiçik Əllərdə Böyük Tarix" adlı beynəlxalq rəsm sərgisi keçirilib

​Tədbir "Xəmsə Art Group"un təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqı, "IWS Sumqayıt Kids Art",
"EMEDIA GROUP" və Türkiyənin "Ankara Rüzgarı Kültür Sanat ve Yaşamı Destekleme Derneği"nin dəstəyi ilə keçirilib.

​Türk Dünyasının Birliyi Gənc Rəssamların Gözü İlə ​Sərgidə IWS Sumqayıt Art Center-in sədri İntiqam Cəfərov, "Emedia Group"un əməkdaşı , Gənclər Siyasəti və İnnovativ İnkişaf sektorunun rəhbəri, Rəşvin Şirəlizadə, Bakı Xətai Sənət Mərkəzinin rəssam pedaqoqu Gündüz Həbibov və rəssam Gövhər Məmmədova iştirak edərək gənc istedadların əl işlərini yüksək qiymətləndiriblər. Çıxış edən qonaqlar bu cür layihələrin Türk dünyasının mədəni inteqrasiyasında mühüm rol oynadığını vurğulayıblar.

​Tədbirin bədii hissəsi xüsusi coşğu ilə qarşılanıb. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağı-zadənin rəhbərliyi ilə kollektivin təqdim etdiyi rəqs nömrələri rəğbətlə izlənilib. Xoreoqraf Günel Təhməzovanın rəqs quruluşları, eləcə də xanəndələr Nurlan İsmayılov və Hüseyn Sayıllının ifaları sərgiyə milli və klassik bir ab-hava qatıb.

İştirakçı Müəllimlər - ​Tofiqə Ağayeva (Cəbrayıl rayon Qovşudlu kənd və Qubadlı rayon Qəzyan kənd tam orta məktəbi), Aybəniz Şahvələdova

​Surə İbrahimova (Həm Dünya məktəbi, həm də Mil liseyi), ​İlahə Əhmədova, ​Günel Zamanova (Qobu 3 saylı məktəb, “Lumra Kids”),

​Səmra Muxtarlı (4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi), ​Vəfa Şahverdiyeva, ​Aytən Bəylərzadə və bir sıra Təhsil Mərkəzləri sərgidə gənc rəssamların hazırlanmasında böyük əməyi olan pedaqoqlar fəal iştirak ediblər. Tədbirin media dəstəkçiləri AZPress.AZ, "Can Vətən", "Azpress Times", "Xalq qəzeti" və "SUMTV" dir. Sərgi hər üç ölkənin incəsənət sevərləri tərəfindən maraqla qarşılanaraq, kiçik fırça ustalarının böyük tariximizi necə dərindən hiss etdiyini bir daha sübut edib.

XQ









Mədəniyyət