Xüsusi Təyinatlı Qüvvələrdə qanvermə aksiyası olub

post-img

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının 27-ci ildönümü ərəfəsində N hərbi hissəsində könüllü qanvermə aksiyası keçirilib. 

Müdafiə Nazirliyindən XQ-yə verilən məlumata görə, qanvermə aksiyasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Qan Bankının mobil şəraitdə qan tədarükü şöbəsinin həkim-tibb heyəti tərəfindən donorların sağlamlıqları yoxlanıldıqdan sonra onlardan qan götürülüb. 

Götürülən qan nümunələri müayinə edildikdən sonra sertifikatlaşdırılaraq irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunması üçün aidiyyəti üzrə təhvil veriləcək.

Qanvermə aksiyasının əsas məqsədi talassemiya və hemofiliya, leykoz və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün qan ehtiyatının yaradılması, cəmiyyətdə və orduda könüllü və təmənnasız qan donorluğu ənənələrinin qorunub saxlanması, o cümlədən qan və qan komponentləri ehtiyatının davamlı şəkildə təmin olunmasıdır.







Ordu