Aprelin 30-da axşam saatlarından başlayaraq yağan güclü yağışın yaratdığı sel nəticəsində Tərtərin Dəmirçilər və Ağkənd kəndlərinə və Goranboyun qonşu ərazilərində dəymiş ziyan aradan qaldırılır.
Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə hər iki rayonda gecə saatlarından zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb. Evlərin zirzəmilərinə və həyətyanı sahələrə dolmuş sel suları nasoslar vasitəsilə çəkilir, yollardan və həyətyanı sahələrdən lil qatı təmizlənir, xüsusi texnikalar vasitəsilə suötürücü arxlar işlənərək genişləndirilir. Hazırda ərazidə bərpa və təhlükəsizlik işləri davam etdirilir.
Əhaliyə və təsərrüfatlara dəymiş ziyan dəqiqləşdirilir.
“Xalq qəzeti”


 
                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                     
                                     
                                     
                                    