Siz güləndə dünya gülür

post-img

“Dünyanın ən möhtəşəm himni körpə qığıltısıdır”. Bunu dünyanın böyük yazıçısı Cek London deyib. Alimlər onu da müəyyən ediblər ki, dünyaya yenicə göz açmış körpə anasının intonasiyası ilə ağlayır. Bu gün həm də muradına çatmış gənc ailələrin, nəvəsinin ilk qədəmlərinə sevinən babaların, kötücə saçı hörən nənələrin bayramıdır. Körpələr Günündə onlara aid maraqlı faktları diqqətinizə çatdırırıq:

• Çağanın başının çəkisi onun ümumi çəkisinin dörddəbiri qədərdir. 

• Böyük baş və kiçik bədən – körpələrə aid olan əlamətdir.

• Yeni doğulan körpənin beyni 14 milyard hüceyrədən ibarət olur, amma yaşa dolduqca onların sayı artmır, ək­sinə, azalır.

• Körpənin göz ölçüsü ömür boyu eyni qalır.

• Çağa diz qapağı olmadan doğu­lur.

• Körpələr ilk günlərdə qırmızı və yaşıl rəngləri ayıra bilmir, mavi rəngi heç görmürlər.

• Onlar qıdıqlanmanı 6 aydan eti­barən hiss edirlər.

• Üç yaşınadək körpə özünü yuxu­da görmür.

• Həyatının ilk iki ilində körpə 150 kilometr məsafə qət edir.

• Körpələr 9 ayına qədər həm nəfəs ala, həm də udquna bilirlər.

 

Hazırladı: İ.HƏSƏNQALA, “Xalq qəzeti”

Sosial həyat