Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində futvoley üzrə beynəlxalq turnir təşkil edilib.
Beynəlxalq Futvoley Federasiyasının prezidenti, həmyerlimiz Vüsal Xəlilov turnirin açılış mərasimində çıxış edərək, ulu öndər Heydər Əliyevin fəaliyyəti və Azərbaycan xalqı qarşısındakı xidmətləri barədə məlumat verib.
Sonra yarışa start verilib. Ölkəmizi turnirdə “Şuşa” komandası təmsil edib. Millimiz qrup oyunlarında Danimarka, Braziliya və BƏƏ komandalarını məğlub edərək birinci yerdə qərarlaşıb. Dörddəbir finalda Türkmənistan, yarımfinalda İsrail komandasını məğlub edən millimiz həlledici mərhələdə çox güclü İtaliya yığması ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən final oyununda “Şuşa” 2:0 hesablı qələbə qazanaraq birinci yerə sahib olub.

