Nəyi hər gün yemək olmaz?

post-img

Bəzi məhsulları tərkibindəki maddələrə görə gündəlik qəbul etmək orqanizm üçün təhlükəlidir. Bunlar, fərdi pəhrizlər istisna olmaqla, hər gün qəbul edilməz. 
1. Süd məhsulları. İlk növbədə, kəsmik və şəkərsiz qatıqlar. Hər gün 50–150 qramdan artıq olmaz.
2. Donuz, mal və quzu əti. Həftədə 1–2 dəfə; quş əti (toyuq, hinduşka və digər quş növləri) həftədə 2–4 dəfə. Hamısı qaynadılmış, yaxşı bişmiş və hər dəfə 200 qramdan çox olmamaqla. 
3. Balıq. Həftədə 4 dəfə. Bütün növ təzə, soyutma, azca duzlanıb qaynadılmış, buxarda bişirilmiş balıq yemək olar. Bir dəfəyə 100–200 qrama qədər.
4. Yumurta. Həftədə 2–5 ədəd. Suda qaynadılmış və ya buxarda bişirilmiş.
5. Tərəvəz. Hər gün, ən azı 500 qram. Hətta ən faydalısını da, həddindən çox yemək olmaz, çünki mədəni uzada bilər. Onu yaxşı çeynəyib yemək lazımdır.
6. Meyvə, giləmeyvə. Səhər yeməyi və nahardan sonra desert kimi. Bir növ meyvədən (alma, portağal, banan və s.) gündə 1 ədəd. Giləmeyvə – gündə bir stəkandan çox olmamaq şərti ilə.


Z.BƏŞİRQIZI,  
“Xalq qəzeti”

Sosial həyat